"Haddersfild" heyətini yeni futbolçuyla gücləndirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Çempionşip təmsilçisi "Mançester Yunayted"dən Joel Pereyranı heyətinə qatıb. Bu barədə "Haddersfild"in mətbuat xidməti məlumat yayıb. 24 yaşlı qapıçı 2020/21 mövsümünü icarə əsasında Çempionşip klubunda keçirəcək.
"Mançester Yunayted"in yetirməsi olan portuqaliyalı qapıçı "qırmızı şeytanlar"ın əsas komandasıyla 1 oyuna çıxıb.
Milli.Az