İdman

"Beşiktaş" 3 futbolçusunu icarəyə verdi

30 Avqust 2020 13:32
Baxış: 1 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beşiktaş" 3 futbolçusunu icarəyə verib.

Milli.Az sportinfo-ya istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə komandanın gənc futbolçularından olan Ahmet Gülay, Serdar Saatçı və Abdullah Aydınla yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.

Müqavilə müddətləri açıqlanmasa da, Ahmet Gülayın qarşıdakı mövsümdə "Alanyaspor"da, Abdullah Aydının isə "Altay"da icarə əsasında oynayacağı bildirilib.

İstanbul klubunun daha bir gənc oyunçusu Kerem Kalafat da "Giresunspor"a icarəyə göndərilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.