İdman

İngiltərə Super Kubokunun qalibi bəlli oldu

30 Avqust 2020 09:39
Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İngiltərə Super Kubokunun qalibi müəyyənləşib.

Milli.Az xəbər verir ki, bu titula tarixində 16-cı dəfə "Arsenal" layiq görülüb. "Uembli" stadionunda keçirilmiş matçda ölkə kubokunun son sahibi çempion "Liverpul"la üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 1:1. 12-ci dəqiqədə "topçular"dan Pyer-Emerik Obameyanqın qoluna 73-cü dəqiqədə "qırmızılar"dan Takumi Minamino cavab verib. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Bu bölümdə isə "Arsenal" daha üstün olub - 5:4. 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə sentyabrın 12-də start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.