İdman

De Brüyne menecerini həbs etdirdi

29 Avqust 2020 13:39
Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin futbolçusu Kevin de Brüynenin meneceri Patrik de Koster Belçikada həbs olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ona qarşı cinayət işinin açılmasının təşəbbüskarı məhz 29 yaşlı futbolçu olub. Menecer ötən il çirkli pulların yuyulması üzrə başlanan istintaq çərçivəsində bu ay tutulub.

Məlumata görə, Brüyne 2013-2014-cü illərdə "Volfsburq"da çıxış etdiyi vaxt baş verən maliyyə problemləri ilə əlaqədar menecerini günahkar hesab edir. Bildirilir ki, o, futboçunun vergi ödəmələrini qanuni qaydada yerinə yetirməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.