Ölkə

Bakının bəzi ərazilərində qaz olmayacaq

7 Oktyabr 2025 19:07
Baxış: 331
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qaz xətləri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və orta təzyiqli yerüstü qaz xəttinin dayaqlar üzərinə qaldırılması işləri ilə əlaqədar 08.10.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək "Nizami-Keşlə", "8-ci km Əlavə" və "NZS" qaz xətlərində qaz təchizatı dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Nizami rayonunun Keşlə və NZS qəsəbələrinin, 8-ci köndələn, P.Fərzəliyev, Y.Səfərov, İ.Həbibov, O.Vəliyev, N.Abdullayev, Sabir, M.Ağayev, R.Ağayev və A.Mirzəyev küçələrinin, Pirallahı qəsəbəsinin S.Vurğun küçəsinin, həmçinin Xətai rayonunun İ.Orucov, S.Orucov, Mehdizadə və A.Cəlilov küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.