İdman

"Keşlə"nin rəqibinin futbolçusuna "Qızıl buts" təqdim olundu

25 Avqust 2020 17:29
Baxış: 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Keşlə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Laçi"nin futbolçusu Kirian Nvabuezeyə "Qızıl buts" mükafatı təqdim olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, nigeriyalı hücumçu 2019/20 mövsümündə Albaniya çempionatının ən yaxşı bombardiri olduğu üçün bu mükafata layiq görülüb. 27 yaşlı oyunçu ötən mövsüm 24 qol vurub.

Qeyd edək ki, avqustun 27-də Bakıda "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.