İdman

"İnter" 22 ildən sonra darmadağınla finalda - VİDEO - FOTO

18 Avqust 2020 07:05
Baxış: 4 080
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 17-də futbol üzrə UEFA Avropa Liqasının ikinci yarımfinal oyunu keçirilib.

Milli.Az xəbər verir ki, mərhələnin ikinci oyun günündə İtaliyanın "İnter" klubu Ukrayna təmsilçisi "Şaxtyor Donetsk"lə üz-üzə gəlib.

Düsendolfdakı "Merkur Spiel-Arena" stadionunda baş tutan görüş italyanlıların böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.

"Neradzura"nın heyətində Lautaro Martines (2), Romelu Lukaku (2) və Danilo Dambrossio fərqləniblər.

Bu qələbə sayəsində "İnter" UEFA Avropa Liqasının finalında oynamaq hüququ qazanıb.

Mərhələnin həlledici görüşündə "İnter" İspaniyanın "Sevilya" klubu ilə qarşılaşacaq.

Görüş avqustun 21-də Köln şəhərində təşkil olunacaq.

Qeyd edək ki, "Sevilya" bu mövsüm "Qarabağ"la eyni qrupda mübarizə aparıb.

Avropa Liqası
Yarımfinal
17 avqust
23:00. "İnter" (İtaliya) - "Şaxtyor" (Ukrayna) - 5:0
Qollar: 
Martines, 19, 74, D Ambrosio, 64, Lukaku, 78, 84
Baş hakim: Şimon Marçinyak (Polşa)
Düsseldorf. "Merkur Şpil Arena"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.