İdman

Premyer Liqanın ən yaxşı futbolçusu seçilib

16 Avqust 2020 23:05
Baxış: 1 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 16-da futbol üzrə İngiltərə çempionatının ötən mövsümünün ən yaxşı gənc oyunçusu müəyyənləşib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, idman ictimaiyyəti, jurnalistlərin, komandaların kapitanları və ekspert qrupunun qatıldığı səsvermədə "Mançester Siti" klubunun hücumameyilli futbolçusu Kevin de Bröyne bütün rəqiblərini geridə qoyaraq bu nominasiyada qalib olub.

Belçikalı futbolçu səsvermədə Trend-Aleksander Arnoldi, Sadio Maneni, Jordan Hendersoni (hər üçü - "Liverpul"), Ceyms Vardini ("Lester Siti"), Dani İnqzani ("Sothemton") və Nika Poupani qabaqlayıb.

Futbolçu ötən mövsümdə 35 oyunda meydana çıxıb, 13 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.