İdman

9 ildir Çempionlar Liqasında finala çıxa bilmir

16 Avqust 2020 18:24
Baxış: 1 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola bu mövsüm də Çempionlar Liqasındakı uğursuzluq seriyasını qıra bilməyib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin çalışdırdığı İngiltərə təmsilçisi dünən 1/4 finalda "Lion"a 1:3 hesabı ilə məğlub olaraq mübarizəsini dayandırıb. Bununla da Qvardiola baş məşqçisi olduğu komandalarla 9 ildir turnirin finalına çıxa bilmir. O, son dəfə "Barselona" ilə həlledici mərhələyə vəsiqə əldə etməyi bacarmışdı. Komanda həmin matçda "Mançester Yunayted"i 3:1 hesabı ilə udaraq kuboku qazanmışdı.

Bir mövsüm sonra Kataloniya təmsilçisi yarımfinala qədər irəliləsə də, "Çelsi" səddini keçə bilməyib- 0:1, 2:2.

2012-ci ildə Kataloniya klubu ilə yollarını ayıran Qvardiola bundan sonra karyerası ərzində "Bavariya" və "Mançester Siti" iə yarımfinalda gücünü sınayıb. Lakin onun komandaları final mərhələsinə vəsiqə əldə etməyi bacarmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.