İdman

"Barselona"dan antirekord - Messidən rekord

15 Avqust 2020 08:18
Baxış: 1 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində "Bavariya" ilə qarşılaşan "Barselona" antirekorda imza atıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, İspaniya klubu birinci hissədə 4 qol buraxmaqla bunu reallaşdırıb.

Kataloniyalılar tarixləri ərzində ilk dəfə Çempionlar Liqası matçının birinci hissəsində 4 dəfə mərkəzə dəvət edilib.

"Barselona"nın kapitanı Lionel Messi isə turnirdə 143-cü matçına çıxaraq, bu göstərici ilə "Real"ın əfsanəvi hücumçusu Raul Qonzalesi geridə qoyub və 4-cü pilləyə yüksəlib. Onu yalnız Xavi Ernandes (151 oyun), Kriştianu Ronaldo (170) və İker Kasilyas (177) qabaqlayır.

Leo eyni zamanda ÇL-in 1/4 finallarında 23-cü oyununu keçirməklə yeni rekord müəyyənləşdirib. Kataloniyalıların hazırkı müdafiəçisi Pike və sabiq kapitanı Andres İnyestanın aktivində isə 1/4 final mərhələlərində 22 matç var.

Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən "Barselona" - "Bavariya" matçında ikincilər 4:1 hesabı ilə öndədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.