İdman

"Utanıram" - Jerar Pike

15 Avqust 2020 08:08
Baxış: 982
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın müdafiəçisi Jerar Pike Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya" ilə keçirilən oyunu dəyərləndirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ulduz futbolçu 2:8 hesablı məğlubiyyətə görə utandığını söyləyib.

İspaniya millisinin sabiq üzvü artıq dəyişiklik zamanının yetişdiyini deyib: "Utanıram. Birinci dəfə deyil ki, bu halla üzləşirik. Artıq dəyişikliyə ehtiyac var. Bunu məşqçi və ya futbolçu heyəti ilə əlaqələndirmirəm. Köklü dəyişiklik ediləcəksə, hətta mən özüm də kənara çəkilməyə hazıram".

Qeyd edək ki, "Barselona" 2019/20 mövsümünü titulsuz başa vurub.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.