İdman

"Barselona"nın müdafiəçisi koronavirusa yoluxub

15 Avqust 2020 07:35
Baxış: 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Barselona" futbol klubunun fransalı müdafiəçisi Samuel Umtiti yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə klubun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, 26 yaşlı futbolçunun xəstəliyi simptomsuz keçir və hazırda karantindədir. Klub bu barədə idman və sağlamlıq orqanlarına məlumat verib. Umtiti ilə təmasda olan futbolçular əlavə müayinədən keçəcəklər.

Qeyd edək ki, bu gün "Barselona" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Bavariya" ilə qarşılaşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.