İspaniyanın "Barselona" futbol klubunun fransalı müdafiəçisi Samuel Umtiti yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə klubun mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, 26 yaşlı futbolçunun xəstəliyi simptomsuz keçir və hazırda karantindədir. Klub bu barədə idman və sağlamlıq orqanlarına məlumat verib. Umtiti ilə təmasda olan futbolçular əlavə müayinədən keçəcəklər.
Qeyd edək ki, bu gün "Barselona" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Bavariya" ilə qarşılaşılaşacaq.
Milli.Az