İdman

AFFA millinin 7 nəfərlik məşqçi heyətini açıqladı - Siyahı

11 Avqust 2020 17:37
Baxış: 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AFFA Azərbaycan milli komandasının məşqçi heyətini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, məşqçi heyətində ümumən 7 nəfər yer alıb. Bunlardan 5 nəfəri italiyalı, 2 nəfəri isə yerli mütəxəssisdir.

AFFA-nın saytının açıqlamasında bildirilir ki, baş məşqçi Canni De Byazinin olduğu millimizdə köməkçi məşqçilər Arif Əsədov, Benito Karbone və Klaudio Beluççi olacaq. Dmitri Kramarenko qapıçılar, Alessandro Skaya isə fiziki hazırlıq üzrə məşqçi fuksiyasını yerinə yetirəcək. Federiko Turitsiani yığmada videoanalitik vəzifəsini icra edəcək.

Qeyd edək ki, Canni De Byazi AFFA ilə 1,5 illik müqavilə imzalayıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.