İdman

“Keşlə” Tərlan Əhmədovla yollarını ayırdı

8 Avqust 2020 20:51
Baxış: 731

Bakının "Keşlə" klubu baş məşqçi Tərlan Əhmədovla yollarını ayırıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu barədə qərarı klubun Müşahidə Şurası verib.

Bu gün keçirilən iclasda baş məşqçi ilə müqavilənin uzadılmamasına qərara alınıb. Baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq məşqçi Zaur İsmayılov icra edəcək.

Qeyd edək ki, "Keşlə" Əhmədovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının bürünc medalını qazanaraq Avropa Liqasına vəsiqə əldə edib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.