İdman

"Qəbələ"də ayrılıq

8 Avqust 2020 08:58
Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"nin əsas komandasının məşqçilər korpusunda dəyişiklik olub.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi kimi fəaliyyət göstərən Azər Bağırov komandadan ayrılıb.

2019-cu ilin oktyabrından klubda çalışan mütəxəssis 2019-2020-ci illər mövsümündə məşqçi funksiyasını yerinə yetirib. Onun "Qəbələ"də çalışdığı müddətdə 15 matça (13-ü Premyer Liqa, 2-si Azərbaycan kuboku) çıxan "qırmızı-qaralar" 6 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə məğlub olub. 28 qol vuran futbolçular 23 top buraxıb.

"Qəbələ" İdman Klubu Azər Bağırova 2019-2020-ci illərdə komandadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.