İdman

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər

7 Avqust 2020 13:00
Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, UEFA 1/8 final matçlarından sonra 4 futbolçunu ən yaxşı adına namizəd seçib.

Bunlar Rui Patrisio ("Vulverhempton"), Serxio Reqilon ("Sevilya"), Yonas Vind ("Kopenhagen") və Junior Moraesdir ("Şaxtyor"). Bu futbolçuların komandası qalib gələrək 1/4 finala yüksəlib.

Qeyd edək ki, "Vulverhempton" "Olimpiakos"u 1:0, "Kopenhagen" "Başakşəhər"i 3:0, "Sevilya" "Roma"nı 2:0, "Şaxtyor" "Volfsburq"u 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.