İdman

Rüfət Dadaşov ABŞ-da rəmzi komandaya düşdü

5 Avqust 2020 12:09
Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən millimizin futbolçusu Rüfət Dadaşov USL çempionatında həftənin rəmzi komandasına düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 6-cı turda "El Paso" ilə oyununda (3:1) 1 qol və 1 məhsuldar ötürmə ilə qələbədə böyük rol oynayan 28 yaşlı hücumçu rəmzi 11-likdə yer alıb. Dadaşovun  komanda yoldaşı - qapıçı Erik Dik də ən yaxşı 11-likdədir.

Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm 4 qol vurub. O, bombardirlərin siyahısında 2-ci pillədədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.