İdman

Avrokubok oyunlarında bir dəqiqəlik sükut

4 Avqust 2020 08:43
Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün qalan oyunları bu həftə bərpa olunacaq.
 
Milli.Az UEFA-nın saytına istinadən xəbər verir ki, keçiriləcək qarşılaşmalar bir dəqiqəlik sükutla başlayacaq. Komandalar koronavirus pandemiyasının qurbanlarını yad edəcəklər.

Bundan əlavə, futbolçular pandemiya ilə mübarizə aparan səhiyyə işçilərinə minnətdarlıq etmək üçün "Təşəkkürlər" yazılan köynəklər geyinərək meydançaya çıxacaqlar.

Qedək ki, Avroliqa avqustun 5-də, ÇL isə ayın 7-də bərpa olunacaq. Bütün qarşılaşmalar pandemiya ilə əlaqədar azarkeşsiz keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.