İdman

"İnter"dən "Mançester Siti"yə

3 Avqust 2020 22:55
Baxış: 2 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İnter"in müdafiəçisi Milan Şkrinyar yayda klubunu dəyişə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, slovakiyalı futbolçu baş məşqçi Antonio Kontenin planlarına daxil deyil.

Məlumata görə, 25 yaşlı oyunçu ilə "Mançester Siti" maraqlanır. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola müdafiəçinin alınmasını tələb edib. Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı vurğulanıb.

Qeyd edək ki, Şkrinyar son mövsüm A Seriyasında 27 oyunda iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.