İdman

"Çelsi"də ciddi itkilər

2 Avqust 2020 21:10
Baxış: 1 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kristian Pulişiç və Sesar Aspilikueta Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Çelsi"yə kömək edə bilməyəcəklər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sözügedən oyunçular İngiltərə Kubokunun finalında - "Arsenal"la görüşdə (1:2) dizlərindən zədə aldıqlarına görə məşqlərdən kənarda qalıblar.

Elə həmin oyunun sonlarında meydandan xərəkdə çıxarılan Pedronun da vəziyyəti ürəkaçan deyil. Dirsəyindən ciddi xəsarət alan bu futbolçunun da Münhendə "Bavariya"nın önünə çıxıb-çıxmayacağı böyük sual altındadır.

Qeyd edək ki, cavab oyununu avqustun 8-də keçirəcək "Çelsi" öz meydanında Almaniya təmsilçisinə 0:3 hesabıyla yenilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.