"Real"ın sabiq məşqçisi Aytor Karankanın yeni klubu məlum olub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərənin "Birminhem" klubunu çalışdıracaq. Bu barədə Çempionşip təmsilçisinin rəsmi Tvitter səhifəsi məlumat yayıb. O, bu vəzifədə həmyerlisi Pep Kloteti əvəzləyib.
Qeyd edək ki, 2010-2013-cü illərdə "Real"da Joze Mourinyonun köməkçisi olan 46 yaşlı məşqçi, bundan əvvəl İspaniyanın U-16 millisini, 2013-2017-ci illərdə isə İngiltərənin "Midlsbro" klubunu çalışdırıb.
Milli.Az