İdman

La Liqadan De Byaziyə təbrik - FOTO

31 İyul 2020 16:22
Baxış: 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Canni De Byazi millimizə baş məşqçi təyin olunması münasibətilə İspaniya La Liqasından təbrik alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, çempionatın rəsmi Feysbuk səhifəsindəki paylaşımda italiyalı mütəxəssislə yanaşı, AFFA-ya da təbrik ünvanlanıb: "Keçmiş La Liqa məşqçisi Canni De Byazini Azərbaycan millisinin baş məşqçi vəzifəsinə təyin olunması münasibətilə təbrik edirik. Təbriklər AFFA".

AFFA-nın təbriki Azərbaycan dilində çatdırılıb.

Qeyd edək ki, 64 yaşlı mütəxəssis İspaniyada "Levante" və "Alaves"i çalışdırıb.

Xatırladaq ki, ötən gün millimizə təyinatı rəsmən açıqlanan De Byazinin AFFA ilə sözləşməsi UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.