Motosikletlə avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib
Milli.Az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Seymur Cəfərov saxlanılıb.
"Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.Cəfərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 gün inzibati qaydada həbs edilib", - məlumatda qeyd olunub.
Milli.Az