Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə qədər elektrik kabelləri və naqillər, eyni zamanda 25 ədəd generator və 7 dəst transformator daxildir.
Trend xəbər verir ki, bunu Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Azərbaycandan Ukraynaya humanitar yardım göndərilməsi ilə bağlı jurnalistlərlə açıqlamasında deyib.
O bildirib ki, avadanlıqların göndərilməsində məqsəd Ukraynada davam edən müharibədən zərər çəkən ərazilərin elektrik enerjisi ilə təchizatının bərpasına dəstək göstərilməsindən ibarətdir:
"10 TIR-dan ibarət humanitar yardım bu gün yola salınır. 2 həftə ərzində yüklərin Ukraynaya çatdırılması gözlənilir.
Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan avadanlıqların növbəti hissəsi də əlavə 9 TIR vasitəsilə yola salınacaq.
Avadanlıqlar Azərbaycanda istehsal olunub".
Milli.Az