İdman

"Çelsi" Arrisabalaqanın qiymətini açıqladı

29 İyul 2020 19:56
Baxış: 1 492
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelsi" qapıçısı Kepa Arrisabalaqa ilə yolları ayırmağa hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, baş məşqçisi Frenk Lempard qolkiperin çıxışından razı deyil.

Məlumata görə, rəhbərlik ispaniyalı oyunçu üçün gələn təklifləri dəyərləndirəcək. Bununla yanaşı, London klubu Kepanın satışından 55 milyo avro qazanmağı planlaşdırır.

25 yaşlı qapıçı cari mövsüm Premyer Liqada 33 matç keçirib və 47 qol buraxıb.

Xatırladaq ki, Kepa 2018-ci ildə Athletic Bilbao-dan 80 milyon avro qarşılığında "Çelsi" yə keçib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.