Almaniya millisi və "Bayern Münich" in qapıçısı Manuel Noyer iddialı açıqlama verib.
Milli.Az goal.az-a istinadla xəbər verir ki, 34 yaşlı qolkiper özünü dünyanın ən yaxşısı hesab edir:
"17 yaşım olmasa da, dünyanın ən yaxşısı olduğuma əminəm. Bayern və Almaniya millisinin qapıçısı həmişə rəqabət şəraitindədir. Ancaq rəqiblərdən kimsə komandaya gələndə heç bir şey dəyişmir".
Qeyd edək ki, Noyer 2011-ci ildən Münxen təmsilçisində çıxış edir.
Milli.Az