İdman

Çiçarito üçün mövsüm erkən bitdi

22 İyul 2020 17:38
Baxış: 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Los Angeles Galaxy"də forma geyinən Xavyer Hernandes üçün mövsüm vaxtından əvvəl başa çatıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Çiçarito ləqəbli futbolçu ötən həftə məşq edərkən sağ ayağından zədə alıb.

Meksikalı futbolçu ətraflı müayinədən keçib və onun mövsümün geridə qalan hissəsində meydana çıxmayacağı üzə çıxıb. Bu barədə 32 yaşlı hücumçunun klubu məlumat yayıb.

Qeyd edək ki, koronavirus pandemiyasına görə martdan bəri dayandırılan ABŞ MLS-ində mövsüm iki həftə əvvəl fərqli formatda bərpa olunub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.