İdman

Kasilyas "Real Madrid"ə qayıdır

18 İyul 2020 14:45
Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu İker Kasilyas "kral klubu"na qayıdır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 39 yaşlı qapıçı paytaxt təmsilçisinin rəhbərliyində yer alacaq.

Portuqaliya "Porto"su ilə müqaviləsi başa çatan təcrübəli qolkiper Madrid klubunun prezidenti Florentino Peresin müşaviri vəzifəsində çalışacaq.

Onun yaxın vaxtlarda peşəkar karyerasını başa vuracağı gözlənilir.

Qeyd edək ki, 1998 - 2015-ci illərdə "Real Madrid"in formasını geyinmiş İker Kasilyas daha əvvəl İspaniya Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürsə də, sonradan fikrini dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.