İdman

Nicat Gürcüstanda qol vurdu - Əsgər salamı verdi

18 İyul 2020 09:52
Baxış: 1 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan yüksək liqasında 6-cı turun daha bir oyunu keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi "Samtrediya" səfərdə "Merani" ilə qarşılaşıb və 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Qurbanov komandasının 2-ci qolunun müəllifi olub. 28 yaşlı yarımmüdafiəçi 54-cü dəqiqədə penaltidən fərqlənib. N.Qurbanov qol vurduqdan sonra Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərə görə şəhidlərin xatirəsinə ehtiram olaraq əsgər salamı verib.

Qeyd edək ki, bu, Nicatın bu mövsüm çempionatda vurduğu 3-cü qol olub.
 
Əlavə edək ki, 6 turdan sonra hesabında 8 xal olan "Samtrediya" 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.