İdman

Çempionlar Liqasında yeni mövsümün ilk püşkü atıldı

17 İyul 2020 20:21
Baxış: 1 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ilkin mərhələsinin püşkü atılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, püşkatmada UEFA reytinqində ən aşağı pillələrdə olan 4 ölkənin - Şimali İrlandiya, Kosovo, Andorra və San Marinonun çempionları iştirak edib.

San Marino çempionu - Şimali İrlandiya çempionu

Kosova çempionu - Andorra çempionu

Avrokuboklar üçün klubların yekun siyahısı avqustun 3-də təsdiqlənəcək. Bu səbəbdən, püşkatmada ölkələrin adları yer alıb.

Qeyd edək ki, ilkin mərhələnin yarımfinal matçları avqustun 8-də, final isə 3 gün sonra neytral meydanda olacaq. Turnirin qalibi 18-19 avqustda keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.