İdman

"Real" bu gün çempion ola bilər

16 İyul 2020 12:33
Baxış: 1 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" bu gün La Liqada 2019/2020 mövsümünün qalibi ola bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid klubu bu gün 37-ci turda doğma meydanda "Vilyarreal"ı məğlub etsə, xalını 86-a yüksəldəcək və ən yaxın izləyicisi "Barselona" ilə xal fərqini ən azı 4-də saxlayacaq. Bununla da komanda turnirin bitməsinə bir tur qalmış çempionluğu rəsmiləşdirəcək. Sözügedən görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Madrid təmsilçisinə son iki turda heç-heçə də çempionluğa kifayət edəcək. Çünki "Barselona" ilə xallar bərabər olacağı təqdirdə, Zinəddin Zidanın komandası şəxsi görüşlərinə hesabına (2:0, 0:0) yenə çempion olacaq.

Qeyd edək ki, "Real" hazırda 83 xalla 1-ci, "Barselona" 79 alla 2-ci, "Atletiko" 66 xalla 3-cüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.