İdman

Millimizin üzvü bir hissə oynadı

3 İyul 2020 11:12
Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya 2-ci liqasında 37-ci turun oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Albasete"  doğma meydanda "Alkorkon"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə əvəzlənib.
 
"Albasete" hazırda 44 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.