İdman

“Everton” və “Arsenal” qələbə qazanıb

2 İyul 2020 08:43
Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 1-də futbol üzrə İngiltərə Premyer Liqasının 32-ci turuna start verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, turun ilk oyun günündə dörd qarşılaşma oynanılıb.

Maraq doğuran görüşlərdən biri "Emirates" stadionunda oynanılıb. "Arsenal" klubu "Norviç Siti"ni qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Pyer-Emerik Obameyanq meydan sahiblərinin qələbəsinin əsasını qoyub. Dörd dəqiqə sonra Qranit Caka hesabı 2:0-a çatdırıb. Matçın 67-ci dəqiqəsində Obameyanq dubl edib - 3:0. Nəhayət, oyunun 87-ci dəqiqəsində Sedrik sonuncu qolu qonaqların qapısından keçirib - 4:0.

Bu qələbədən sonra xal ehtiyatını 46-a çatdıran "Arsenal" turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Norviç Siti" isə 21 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb.

Günün digər oyunlarında "Everton" öz meydanında "Lester Siti"ni (2:1), "Bormunt" isə səfərdə "Nyukasl Yunayted" komandasını məğlub edib - 4:1.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.