İdman

İngiltərə kubokunun yarımfinalında London – Mançester dueli olacaq

28 İyun 2020 23:52
Baxış: 1 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə kubokunda 1/4 final mərhələsi başa çatıb. 

Milli.Az apasport.az-a istinadən bildirir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

Səfərdə oynayan London təmsilçiləri minimal fərqli qələbə ilə yarımfinala adlayıb. "Çelsi" "Lester"i, "Arsenal" "Şeffild Yunayted"i üstələyib.

Digər yarımfinalçılar isə Mançesteri təmsil edəcək. Bir gün öncə qalib gələn "Mançester Yunayted"in ardınca "Mançester Siti" də 1/4 final səddini adlayıb. "Şəhərlilər" də səfərdə "Nyukasl"ı yenib.

Sonuncu oyunun fasiləsində yarımfinalın da püşkü atılıb. İyunun 18-19-da, ənənəvi olaraq Londondakı "Uembli" stadionunda, lakin bu dəfə azarkeşsiz keçiriləcək yarımfinallarda "Mançester Yunayted" - "Çelsi", "Arsenal" - "Mançester Siti" cütləri üz-üzə gələcək. 

İngiltərə kuboku
1/4 final
28 iyun
"Lester" - "Çelsi" - 0:1

Barkli, 63
"Şeffild Yunayted" - "Arsenal" - 1:2
Makqoldrik, 87 - Pepe, 25 (pen.), Sebalyos, 90
"Nyukasl" - "Mançester Siti" - 0:2
De Breyne, 37 (pen.), Sterlinq, 68

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.