"Beşiktaş"dan səfər darmadağını - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbol üzrə Türkiyə çempionatının XXVIII turu çərçivəsində keçirilən qarşılaşmada "Dənizlispor" doğma meydanda "Beşiktaş"ı qəbul edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hesabı matçın 10-cu dəqiqəsində İstanbul klubunun hücumçusu Burak Yılmaz açıb. Meydan sahibləri 53-cü dəqiqədə Oskar Estupinanın qolu sayəsində hesaba tarazlıq gətiriblər. Lakin qonaqların futbolçularından Gökhan Gönül (60), Kevin Nkoudou (67), Adəm Lyayiç (75) və Abdulay Diabi (78) fərqlənərək "Beşiktaş"ın qələbəsini rəsmiləşdiriblər.
Beləliklə, "Beşiktaş" səfərdə "Dənizlispor"u 5:1 hesabı ilə darmadağın edib.
Günün digər oyunlarında "Kayserispor" doğma divarlar arasında "Gənclərbirliyi"ni iki cavabsız topla məğlub edib. "Göztəpə" isə səfərdə "Yeni Malatyaspor"a 2:1 hesabı ilə uduzub.
Bundan əlavə, turda iyunun 21-də "Kasımpaşa" - "Fənərbağça", "Konyaspor" - "Sivasspor", "Qalatasaray" -"Qaziantep" komandaları qarşılaşacaq. XXVIII tura iyunun 22-də "Alanyaspor" - "Trabzonspor" və "Antalyaspor" - "Rizəspor" görüşləri ilə yekun vurulacaq.
Türkiyə çempionatında hazırda "Başakşəhər" 59 xalla turnir cədvəlinin lideridir. Ondan bir oyun az keçirmiş "Trabzonspor" 56 xalla ikincidir. "Sivasspor" 52 xalla üçüncü, "Qalatasaray" klubu isə 50 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Beşiktaş" (47 xal), "Alanyaspor" (43 xal), "Fənərbağça" (43 xal) və digər komandalar gəlir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"





