İdman

“Qarabağ” Çempionlar Liqası üçün bu arenanı seçdi

19 İyun 2020 15:48
Baxış: 1 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ardıcıl 7-ci dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Klubun baş meneceri Asif Əsgərov  komandanın əvvəlkitək Tofiq Bəhramov adına Respublika stadionunda oynayacağını bildirib.

Ağdam təmsilçisi təsnifat mərhələsinin matçları üçün UEFA-ya bu arenanı sifariş edib.

Qeyd edək ki, "Qarabağ" ÇL-in 2020/21 mövsümünün 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu mərhələnin püşkü avqustun 9-da atılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.