İdman

Rumıniyalı hücumçu "Qalatasaray"dan ayrıldı

16 İyun 2020 21:51
Baxış: 1 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray"ın hücumçusu Florian Andone klubdan ayrıldığını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, rumıniyalı futbolçus şəxsi İnstaqram hesabında bununla bağlı paylaşım edib. İstanbul klubunda hədəflərinə çatmadığı üçün üzüldüyünü bildirən 27 yaşlı forvard azarkeşlərlə vidalaşıb.

Andone müqavilə ilə İngiltərənin "Brayton" klubuna məxsusdur və ötən ilin sentyabrından "Qalatasaray"da icarə əsasında çıxış edir. Onun "cim-bom"la sözləşməsi iyulun 26-na qədərdir.

"Qalatasaray"da 12 oyuna 2 qol vuran futbolçu Superliqanın son turunda "Rizəspor"la görüşdə zədələnib və mövsümün sonuna qədər oynaya bilməyəcəyi açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.