İdman

Ruslan Qurbanov "Keşlə" ilə vidalaşıb

13 İyun 2020 14:57
Baxış: 1 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Keşlə"dən ayrılan ilk futbolçu rəsmən müəyyənləşib.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Ruslan Qurbanov paytaxt klubu ilə vidalaşıb.

Milli komandamızın üzvü sosial şəbəkə vasitəsilə bunu bəyan edib. 29 yaşlı hücumameyilli oyunçu paylaşımında artıq "Keşlə"nin futbolçusu olmadığını yazıb. O, bakılılara təşəkkürünü bildirib və uğurlar arzulayıb.

Qeyd edək ki, Ruslan Qurbanovun "Keşlə" ilə müqavilə müddəti başa çatdığından, azad agent statusuna malik olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.