İdman

Millimizin üzvü klubunda ilk rəsmi qolunu vurdu

6 İyun 2020 22:29
Baxış: 1 085
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiya 2-ci liqasında 21-ci tura start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Viktoriya Jijkov" doğma meydanda "Lisen"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin ilk qolunu 35-ci dəqiqədə F.Nəbiyev vurub. Bu, onun hazırkı klubundakı ilk rəsmi qolu olub.

Daha əvvəl millimizin üzvü yoxlama oyunlarında fərqlənmişdi.

Bu qələbə ilə xalını 38-ə yüksəldən "Viktoriya Jijkov" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.