İdman

Etirazçıları ələ salan arvadına görə klubdan qovuldu

6 İyun 2020 15:54
0 Şərh     Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Los Anceles Qalaksi" klubu futbolçusu Aleksandar Katai ilə yollarını ayırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda ayrılığın səbəbi açıqlanmayıb. Sadəcə, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.

Xarici mətbuat isə Katainin komandadan ayrılmasına həyat yoldaşı Tea Katainin səbəbkar olduğunu iddia edir. İddiaya görə, buna Teanın ölkədəki etirazlarla bağlı sosial şəbəkə hesabından etdiyi paylaşımlar səbəb olub. O, paylaşımlarında Afrika kökənli Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etirazları lağa qoyub, etirazçılara qarşı irqçi ifadələrə yer verib. Bu paylaşımlar "Los Anceles Qalaksi"nin azarkeşlərinin qəzəbinə səbəb olub.

Qeyd edək ki, mayın 25-də Minneapolisdə Corc Floyd adlı afroamerikalının polis tərəfindən saxlanılma videosunun internetə sızmasından sonra ABŞ-da  kütləvi etirazlar və iğtişaşlar baş qaldırıb. Belə ki, ağdərili polislər afroamerikalının əllərini qandallayıb və onu yola yıxıb. Onlardan biri C.Floydun "nəfəs ala bilmirəm" deməsinə baxmayaraq, onu boğmağa başlayıb. Bir qədər sonra afroamerikalı şəhər xəstəxanalarının birində vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.