İdman

Ronaldu sürətini artırmaq üçün bunu da etdi

5 İyun 2020 12:26
0 Şərh     Baxış: 3 532
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu növbəti dəfə diqqət mərkəzinə düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, komandasının məşqində reqbi butsunun şiplərinin olduğu buts geyinib. Bildirilib ki, portuqaliyalı hücumçu sürətini artırmaq və qazonda daha yaxşı hərəkət etmək üçün bu addımı atıb.

Bundan əvvəl oxşar dəyişikliyi fevralın 19-u Fransa çempionatında maksimum sürətə görə (36.8 km) yeni rekord qıran "Monpelye"nin hücumçusu Andi Delor edib.

Qeyd olunub ki, Ronaldonun İtaliya kubokunda "Milan"a qarşı matçların şiplərin olduğu butslardan istifadə edib-etməyəcəyi bilinmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.