İdman

Məşhur futbolçular Azərbaycan Qran-Prisində

5 İyun 2020 10:08
0 Şərh     Baxış: 1 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 7-də Bakı şəhər halqasında virtual Formula 1 Azərbaycan Qran-Prisi keçiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,Serxio Peres və Pyer Qaslinin virtual dünya çempionatında debütü məhz Azərbaycan Qran-Prisinə təsadüf edəcək. Onlarla yanaşı, yürüşdə Aleks Albon, Antonio Covinatsi, Nikolas Latifi, Şarl Lekler və Lando Norris güclərini sınayacaqlar. Həmçinin Dakar rallisinin sabiq çempionu Mattias Valkner da iştirakçılar arasında yer alacaq.

Qran-Pridə "Mançester Siti"nin müdafiəçisi Emerik Laporte, "Milan"ın qapıçısı Canluici Donnarumma, "Real"ın qapıçısı Tibo Kurtua da birincilik uğrunda yarışacaq.

Yarış Formula 1-in "YuTub", "Tvitç", "Feysbuk", həmçinin tərəfdaş telekanallar vasitəsilə yayımlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.