İdman

Qətərdə dünya çempionatına hazıralanan üçüncü stadion istifadəyə verildi

5 İyun 2020 08:47
0 Şərh     Baxış: 1 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2022-ci ilin futbol üzrə dünya kubokunun oyunlarına ev sahibliyi edəcək Qətərin Ər-Rayan şəhərindəki "Education City Stadium" idman arenasının inşası başa çatıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Gulf Times" nəşri xəbər verir.

"Education City Stadium" dünya çempionatı üçün tikilən üçüncü arenadır. Stadion 45 350 yerlikdir və onun universitet şəhərciyinin mərkəzinə çevriləcəyi gözlənilir.

Daha əvvəl Doha və Əl-Vakra şəhərlərində 2022-ci ilin çempionatı üçün tikilən 40 min nəfərlik "Xəlifə" və "Əl-Janub" stadionları istismara verilib. Ümumilikdə Dünya Kuboku üçün ölkənin 7 şəhərində 8 stadion tikiləcək.

Futbol üzrə dünya kuboku Qətərdə 2022-ci il noyabrın 21-dən 18-dək keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.