İdman

La Liqanın bərpası ilə bağlı yeni qərarlar verilib

28 May 2020 14:51
Baxış: 1 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqasının bərpasına hazırlıqlar davam etdirilir.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, yerli futbol federasiyası çempionatın qalan hissəsi ilə bağlı yeni qərarlar verib.

Bunlardan biri hər gün oyunun keçirilməsi yönündədir. Məsələ burasındadır ki, təşkilatçılar bir turun oyunlarının 3-4 gün ərzində baş tutmasını planlaşdırır. Digər qərar isə oyunların başlama saatı ilə əlaqədardır. Yay aylarında havanın isti olacağını nəzərə alan La Liqa rəhbərliyi hökumətin də məsləhəti ilə matçların yerli vaxtla 19:30-dan tez keçirilməməsini istəyir.

Qeyd edək ki, XXVII turdan sonra dayandırılan La Liqanın iyunun 11-də bərpa olunması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.