İdman

“Milan” Arkadiuş Miliki transfer edə bilər

27 May 2020 17:28
Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Milan" klubu hücum xəttini Arkadiuş Miliklə gücləndirmək niyyətindədir.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, milanlılar "Napoli"də çıxış edən polşalı forvardı yay transfer dövründə sıralarına qatmağı planlaşdırır.

Müqaviləsi 2021-ci ilin yayında başa çatacaq legioner üçün neapollular 50 milyon avro istəyir. Əgər bu qiyməti aşağı salmaq mümkün olmasa, "Milan" digər variantları götür-qoy edəcək. Çünki təxminən eyni qiymətə "Real"ın heyətinə düşməkdə çətinlik Luka Yoviçi də transfer etmək ehtimalı var.

Qeyd edək ki, Miliki daha üç komanda heyətində görmək istəyir. Bunlar "Atletiko", "Yuventus" və "Tottenhem"dir. 26 yaşlı hücumçu cari mövsümün 16 matçında 9 qol vurub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.