İdman

Avropada ilk kuboku BATE qazandı

25 May 2020 12:19
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Belarusda ölkə kubokunun final oyunu keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,həlledici qarşılaşmada BATE ilə "Dinamo"  (Brest) üz-üzə gəlib.

Görüşün əsas vaxtı qolsuz başa çatdığından əlavə vaxt oynanılıb. Əlavə vaxta artırılmış son saniyələrdə - 120+1-ci dəqiqədə Zaxar Volkov BATE-yə kuboku qazandıran qolu vurub.

Xatırladaq ki, Belarus pandemiya dövründə futbolu dayandırmayan yeganə ölkə olub. BATE - "Dinamo" qarşılaşması isə bu mövsüm Avropa qitəsində kubokun ilk final görüşüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.