İdman

Bundesliqa matçında 13 min “azarkeş” - FOTO

25 May 2020 17:56
0 Şərh     Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Almaniya Bundesliqasının 27-ci turu çərçivəsində Münhenqladbax "Borussiya"sı ilə "Bayer" arasında keçirilən oyunu 13 min süni azarkeş "izləyib".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Borussiya Park" stadionunda kartondan 13 min tamaşaçı qurulub. Onların əsas hissəsi qapı arxasında yerləşdirilib.

Qeyd edək ki, Bundesliqada oyunlar koronavirus pandemiyası ilə əlaqədar azarkeşsiz keçirilir. "Borussiya" 13 minlik "dəstəyə" rəğmən "Bayer"ə 1:3 hesabıyla məğlub olub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.