İdman

Bu öpüşə görə cəza olacaqmı? - Açıqlama

17 May 2020 18:32
0 Şərh     Baxış: 1 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, "Herta"nın futbolçuları Almaniya Bundesliqasının 26-cı turunda "Hoffenhaym"la oyunda (3:0) sosial məsafə qaydalarını pozublar.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, Berlin təmsilçisinin müdafiəçisi Dedrik Boyata ikinci hissədə rəqibin avtoqolundan sonra sevincini bölüşərkən komanda yoldaşı Marko Qruiçi öpüb. Bəzi digər futbolçular da bir-birilərini qucaqlayıblar.

Mövsüm bərpa olunanda Almaniya Futbol İttifaqı (AFİ) futbolçulara tövsiyə edib ki, qol vurulan zaman sosial məsafəni gözləsinlər, qucaqlaşmasınlar və komanda yoldaşlarını öpməsinlər.

Bəs, "Herta"lı futbolçuların bu addımından sonra AFİ hansısa qərar verəcəkmi?

Qurumdan Almaniya mediasına bildirilib ki, qol sevinci zamanı qaydaların pozulmasına görə hər hansı cəza tətbiq edilməyəcək. Bununla belə, AFİ bir daha bütün oyunçuları sosial qaydalara riayət etməyə çağırıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.