İdman

Belçika çempionatı vaxtından əvvəl yekunlaşıb

16 May 2020 07:35
0 Şərh     Baxış: 1 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belçika Futbol Liqasının Baş Assambleyası 2019/20 mövsümünün milli çempionatının vaxtından əvvəl başa çatmasını təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Liqanın mətbuat xidməti xəbər verib.

Ölkə çempionatı koronavirus pandemiyası səbəbindən 29 turdan sonra dayandırılıb. Belçikada idman yarışlarının keçirilməsinə iyulun 31-dək qadağa qoyulduğuna görə, futbol çempionatını vaxtından əvvəl bitirmək və çempionatın təxirə salındığı dövrə nəticələrin təsdiqlənməsi qərara alınıb.

Çempion titulunu tarixində 16-cı dəfə 70 xalla "Brügge" qazanıb. 55 xala malik "Gent" ikinci, 54 xalı olan "Şarlerua" üçüncü yerləri tutublar.

Xatırladaq ki, Belçika çempionatı Avropada koronavirus səbəbiylə vaxtından əvvəl tamamlanan üçüncü turnir olub. Daha əvvəl Fransa və Hollandiya çempionatları başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.